!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əmisi oğlunun arvadını qaçıranın yasına heç kim getmədi - Yeni təfərrüatlar/VİDEO

!Reklam – Yazi

Azərbaycanda əmisi oğlunun həyat yoldaşını qaçırdığı üçün öldürülən gəncin qətli ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Yenicag.az xəbər verir ki, ATV-də yayımlanan “Bizimləsən” verilişində hadisənin baş verdiyi Qubanın Tülər kəndindən süjet yayımlanıb.

Mərhumun evində olan kanal əməkdaşları öldürülən 26 yaşlı Elşad Əsədovun yas mərasiminə qatılan yaxınlarından açıqlama alıb. İki uşaq anası olan Aynuru qaçıran Elşadın qohumları dəhşətli cinayətin detallarından danışıb.

Bildirilib ki, Elşadı gecə kəndin camaatı döyüb. Ürəyinə iki dəfə bıçaq vurulub. Anası iddia edir ki, öləndən sonra da oğlunu döyüblər. Onu vurmayan kənd camaatına süyüş qoyulub. Hətta yas mərasimində iştirak etmək istəyənlərə də söyüş söyülüb. Məhz buna görə Elşadın yasında cəmi 4 nəfər iştirak edib.

Qeyd edək ki, oktyabrın 22-də Elşad 2 uşaq anası olan Aynuru qaçırdığı üçün qadının yaxın qohumları tərəfindən yaşadıqları kənd ərazisində döyülmüş və o, aldığı xəsarət nəticəsində hadisə yerində ölmüşdür.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri davam etdirilir./Baku.ws/

 

www.yenicag.az

9588
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv