!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əmlak Məsələləri Dövlət Komitəsi fevral ayının ilk hərracını keçirib

!Reklam – Yazi

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi məqsədilə bu gün növbəti hərrac keçirib.

Komitənin mətbuat xidmətindən  Yenicag.Az-a bildirilib ki, hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü müvafiq olaraq paytaxtın Xətai, Xəzər və Qaradağ rayonlarında yerləşir.

Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Xətai rayonunda yerləşən “Araz Kafe”si olub. Belə ki, adıçəkilən əmlak 120 min manata özəlləşdirilib. Regionlarda özəlləşdirilən əmlaklar Şəki şəhəri və Daşkəsən rayonunda yerləşən kiçik dövlət müəssisə və obyektləridir.

Növbəti hərrac fevralın 14-də baş tutacaq. Bu tarixdə hərraca çıxarılacaq əmlaklar haqqında http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1231 linkindən ətraflı məlumat almaq mümkündür.

Qeyd edək ki, hər həftə keçirilən belə hərraclara paytaxt Bakı ilə yanaşı regionlarda olan kiçik dövlət müəssisələri, səhmdar cəmiyyətləri, nəqliyyat vasitələri, dövlət nəfinə müsadirə edilmiş əmlaklar çıxarılır. Özəlləşməyə çıxarılan müəssisələr sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir.

 

Yenicag.Az

www.yenicag.az

712
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv