Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Əmlak problemlərinin həlli üçün “Bir pəncərə”: “Mənzillərə çıxarışların verilməsinin gecikməsi üçün...”

“Əmlakla bağlı bütün problemlərin qarşısını almaq üçün “Bir pəncərə” sistemi tətbiq olunmalıdır”.

Prezident İlham Əliyevin imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli fərmanının icrası istiqamətində işlər davam etdirilir.

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) açıqladığı son məlumata əsasən, bu çərçivədə 542 mənzil kooperativindən, MMC-dən və Azərbaycanda fəaliyyət göstərən şəxslərdən 900 binanın koordinatları barədə müvafiq qurumlara məlumatlar verilib.

Həmçinin 218 inşaatçıdan Bakıdakı binaların istismarına icazə verilməsi haqqında aktlar təqdim edilib. Vətəndaşlar tərəfindən ilin əvvəlindən verilən əmlakın özəlləşdirilməsinə dair 10 min sənəddən 9,5 mini artıq icra edilib.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında yeni binaların istifadəyə verilməsini və mənzillərin özəlləşdirilməsini sürətləndirmək üçün zəruri olan addımlardan danışıb.

Ekspertin sözlərinə görə, sözügedən məsələlərin həlli üçün yeni və daha effektli sistemin tətbiqinə ehtiyac var:

“Bu gün Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Abşeron yarımadasında hazır və tikilməkdə olan yeni binaların sayı təxminən iki minə yaxındır. Lakin yeni binalarda sakinlərin uzun illər yaşamasına baxmayaraq, mənzillərə çıxarış verilməsinin gecikməsi əsas problemlərdən biri olaraq, qalmaqdadır. Çünki bu gün binaların yaşayış və qeyri-yaşayış təyinatları üst-üstə düşmür.

Bu problemin qarşısını almaq üçün satışa çıxarılan mənzillər barədə ətraflı məlumatların elektron bazasının yaradılması məqsədəuyğun ola bilər. Nəticədə sənədləşmə ilə bağlı bütün problemlər öz həllini daha asanlıqla tapacaq”.

Fərzəliyev hesab edir ki, bütün xarakterli əmlak problemlərinin həlli üçün bu məsələləri tənzimləyəcək yeni qurum yaradılmalıdır:

“Ölkədə əmlak məsələləri ilə bağlı yeni qurumun yaradılmasına ehtiyac var. Əmlakla bağlı bütün səlahiyyətlərin o quruma verilməsi vətəndaşların sosial vəziyyətinə müsbət təsir etməklə yanaşı, iqtisadi inkişafa da yol açacaq.

Bununla yanaşı, “Bir pəncərə” Elektron Sisteminin tətbiqi əmlak və tikinti
sektorundakı korrupsiya hallarını aradan qaldırmağa müsbət təsir edə bilər”.

Gülşən Şərif

www.yenicag.az

600
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100