Emmanuel Makron İlham Əliyevə məktub göndərdi

Fransa prezidenti Emmanuel Makron azərbaycanlı həmkarı İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

Onun məktubunda deyilir:

“Hörmətli cənab Prezident. Azərbaycanın milli bayramı münasibətilə Sizə, eləcə də bütün Azərbaycan xalqına səmimiyyətlə ən xoş sülh, rifah və tərəqqi arzularımı çatdırıram. Ötən dövr ərzində yüksək səviyyəli çoxsaylı görüşlər, xüsusilə də cari il martın 14-də Sizin Fransaya səfəriniz Fransa ilə Azərbaycan arasındakı əlaqələrin keyfiyyətini və dinamikliyini nümayiş etdirdi. Sizin münasibətlərimizlə bağlı şəxsi mövqeyiniz mənə məlumdur və arzu edirəm ki, biz gələcəkdə bu münasibətlərin bütün sahələrdə böyük inkişaf potensialından birlikdə bəhrələnə bilək. Eyni zamanda, Sizi əmin edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli və davamlı həllinin, nəhayət, tapılmasında Fransa Minsk qrupunun həmsədri kimi öz öhdəliyinə sadiq qalacaq. Hörmətli cənab Prezident, Sizə olan çox yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Yenicag.az

COP29