Türkiyə millisinin futbolçusu Əmrə Mor karyerasını “Qalatasaray”da davam etdirə bilər.
Yenicag.az xəbər verir ki, İstanbul təmsilçisi hazırda İspaniyanın “Selta” klubunda çıxış edən yarımmüdafiəçini icarə əsasında heyətində qatmaq istəyir. Hazırda transferin rəsmiləşdirilməsi üçün danışıqların davam etdiyi bildirilir.
Əslində, “sarı-qırmızılar” müqaviləyə sonradan satın almaq maddəsini də əlavə etmək istəyir. Lakin ispanlar Əmrənin potensialına bələd olduqları üçün onu gələcəkdə daha yüksək məbləğə satmaq niyyətindədirlər.