Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti cüzi ucuzlaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (avqust müqavilələri üzrə) 0,20% azalaraq, 1,996.30 ABŞ dollarına bərabər olub.

Yenicag.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (iyul müqavilələri üzrə) isə 0,77% azalaraq, 23.88 dollar təşkil edib.