Donald Trampla ABŞ-ın xarici işlər naziri Tillersonun İQ test mübahisəsinə prezidentin müəllimi də qoşulub.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Pensilivaniya universitetinin müəllimi professor Villiam Kelley Tramp üçün “ən axmaq şagirdim idi” deyib.
“Tramp məktəbə gələndə özünü sanki hər şeyi bilirmiş kimi göstərirdi” deyən müəllim, o vaxtkı Trampla indiki Tramp arasında paralellik olduğunu da qeyd edib.