Dünyanın ən bahalı avtomobil istehsalçılarının siyahısı açıqlanıb.
Yenicag.az xəbər verir ki, siyahıya liderliyi Toyota (205.34 milyard dollar) çirkəti edib.
Siyahıda ikinci və üçüncü yeri Volkswagen (98.94 milyard dollar) və Tesla (62.39 milyard dollar) tutub. Tesla Daimler, General Motors, Honda və BMW kimi şirkətləri geridə qoyub.
Tesla şirkətinin təkcə elektromobil istehsal etməməsinə baxmayaraq məhz elektromobil satışları şirkət gəlirinin əsas hissəsini təşkil edir.
Mütəxəssislər güman edirlər ki, Tesla-nın bazar dəyərinin yüksəlməsi Almaniyada Gigafactory zavodunun inşa edilməsi ilə əlaqəlidir.