Ən azı səkkiz böyük Rusiya bankı – Sberbank, VTB, Rosselxozbank (RSHB), Otkritie, Alfa-bank , Sovcombank , Promsvyazbank (PSB) və Moskva Kredit Bankı (MKB) Rusiya daxilində valyuta köçürmələrini dayandırıb. Sanksiyalara görə onlar SWIFT-dən başqa valyuta köçürmələri üçün alternativ üsullar axtarırlar.
Yenicag.az xəbər verir ki, “Qazprombank” istisna olmaqla, yuxarıda göstərilən Rusiya banklarının hamısı Qərb sanksiyaları çərçivəsində SWIFT-dən ayrılıb.
Xarici valyutada ödənişlərə qoyulan sanksiyalara görə, həm Rusiya banklarından, həm də bəzi Rusiya banklarına valyuta köçürmələri mümkün olmaya bilər.