Ən böyük kiber hücum: Baş nazirə yazılan resept ələ keçirildi – Yenicag.Az

Reklam

Reklam

Kütləvi kiberhücum nəticəsində hakerlər Sinqapurun ən böyük klinikası “SingHealth”in 1,5 milyon pasiyentinin məlumatlarına müdaxilə ediblər.

Yenicag.az xəbər verir ki, yerli KİV artıq bunu ölkə tarixində ən böyük kiber hücum adlandırıb.

Məlumata görə, hakerlər “SingHealth” klinikasının təxminən 1,5 milyon pasiyentinin şəxsi profilini və 160 min xəstənin tibbi kartını oğurlayıblar. Maraqlıdır ki, həmçinin Sinqapurun baş naziri Li Syanlun üçün yazılmış resept də ələ keçirilib. Hakimiyyət nümayəndəsi deyib ki, bu, yaxşı planlaşdırılmış kiberhücum olub.

“SingHealth” klinikasından bildirilib ki, hakerlər pasiyentlərin ad, elektron poçt, doğum tarixi, qeydiyyat nömrələrini ələ keçirsələr də, onların xəstəlikləri haqda informasiya əlçatmaz olub. Maraqlıdır ki, hakerlər tibbi karta heç bir zərər vurmayıblar.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 524
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."