Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ən böyük qələbəmizi Qarabağda birlikdə qeyd edəcəyik - FOTO/VİDEO

Reklam: Sinerji Pro

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri üçün ayrılan 22 günlük təbliğat-təşviqat kampaniyası bu gün başa çatır. Hər bir mərhələnin başlanğıcı kimi, sonu da var.

24 saylı Nizami birinci seçki dairəsi üzrə namizəd Könül Nurullayeva sonuncu təşviqat gününün planına uyğun olaraq, Keşlə qəsəbəsində M. Ağayev 43, M.Ağayev 22, D.Aslan 14 və P.Fərzəliyev 142a ünvanlarında yaşayan sakinlərlə və daha sonra Naxçıvanski 73, 79 və 81 saylı binanın seçiciləri ilə məhəllədə silsilə görüşlər keçirdi.

Ağsaqqal və ağbirçəklərimizin məsləhət və xeyir-duaları, gənc bacı və qardaşlarımızın qonaqpərvərliyi və istiqanlığı, üzlərindəki şəfəq və ümid hissi onun doğru yolda olduğunu göstərirdi.

Dairənin ərazisi üzrə Rüstəmov 35, 37, 39 ünvanlarının həyətində keçirilən izdihamlı görüşdə xüsusi qonaq – Qarabağ qazisi, 2-qat paralimpiya çempionu, xalqımızın sevimlisi İlham Zəkiyev də iştirak edirdi. O, Könül xanımın idman ictimaiyyəti üçün gördüyü işlərdən, beynəlxalq arenada dövlətimizin təbliğatı istiqamətində apardığı fəaliyyətindən danışdı və seçiciləri ona dəstək olmağa çağırdı.

“Könül xanım, bu günə qədər çox qələbələr qazanıb, iki gün sonra da növbəti qələbəsini qazanacağına şübhə etmirəm. Könül xanımın millət vəkili seçilməyi bu həm də sizin qələbəniz sayılacaq. Arzu edirəm ki, tezliklə bizim hamımızın ümümi dərdi olan Qarabağ məsələsində tarixi qələbəmizi qeyd edək!

Daha sonra Könül Nurullayeva çıxışında qeyd etdi:

“Son həftələr ərzində minlərlə insanla görüşlər, sizlərin sonsuz dəstəyi, səmimiyyəti, duaları, insanlardan aldığım enerji sayəsində, seçdiyim yolun doğruluğuna əminliyim gündən günə artırdı. Bu görüşlərimiz üçün müvəqqəti darıxacağam, çünki bu 22 gündə sizlərə çox bağlandım. Artıq özümü bu ərazidə yaşayanların ailə üzvü kimi hiss edirəm.

Ümid edirəm ki, millət vəkiliniz olaraq bundan sonra görüşlərimiz hələ çox olacaq. Sizlərlə birgə əl-ələ verib təkcə Nizami rayonunun deyil, günü gündən inkişaf edən Azərbaycanın daha böyük uğurları üçün işlər görmək mənim arzumdur! Hamınıza ayrı-ayrılıqda dəstəyiniz üçün təşəkkürümü bildirirəm”.

Sonda Könül xanım fürsətdən istifadə edərək bütün layiqli, vicdanlı, zəhmətkeş və ən əsası, xalqının həqiqi vəkili ola biləcək namizədlərə uğurlar arzu etdi. Xalqımıza açıq və ədalətli seçkilər, yeni yaranacaq parlamentə isə uğurlar arzu etdi!

Parlament seçkilərinə namizədliyini irəli sürən Könül Nurullayeva haqqında daha ətraflı məlumatla bu linklərə daxil olaraq tanış ola bilərsiniz.

https://www.facebook.com/nurullayevakonul/

https://www.instagram.com/konulnurullayeva.official/?igshid=s8woq6tzq4lt

www.yenicag.az

428