Ən çox hansı adda taksi sürücüsü var? – Maraqlı statistika

Azərbaycanda taksi sürücüləri arasında ən geniş yayılmış ad Anar adıdır.

Yenicag.az xəbər verir ki, sürücülərin 2%-nin adı məhz belədir. İkinci yerdə Orxan adıdır, bu adı sürücülərin 1,7%-i daşıyır. Sürücülərin 1,5%-in adı Elnurdur. Ən geniş yayılmış adların onluğuna həmçinin Elvin, Samir, Tural, Rəşad, Vüsal, Vüqar və Elçin adları da daxildir.

Taksidə daha çox yaşı 21-dən 35-dək olan gənclər işləyir. Onların sayı yarıdan çoxdur — ümumi sayın 72%-i. Daha az sayı yaşı 36-dan 45-dək olan sürücülər təşkil edir – 20%. Yaşı 66-dan yuxarı olan sürücülərin payına isə cəmi 0,1% düşür.

Taksi sürücülərinin əksəriyyəti şəxsi avtomobillərində işləyir. Çox vaxtı bu, populyar və sınanılmış xarici avtomobillərdir. Birinci yerdə Mercedes C-class yerləşib, onunla sifarişləri yerinə yetirənlərin sayı sürücülərin ümumi sayının təxminən 12%-i təşkil edir. Taksi avtomobili qismində daha az Mercedes E-class avtomobillərini görmək olar, ona üstünlük verənlərin sayı 9%-dir. Üçüncü yerdə Opel Astra-dır, onu taksi sürücülərinin 7%-i seçir. Ən populyar taksi avtomobillərinin siyahısına həmçinin Opel Vectra, Mercedes 190, Daewoo Gentra, Lada 2115 və Daewoo Nexia avtomobilləri düşüblər.

Qeyd edək ki, statistika ölkənin 4 şəhəri üzrə təqdim edilib: Bakı, Gəncə, Mingəçevir və Sumqayıt.

Beləliklə, Azərbaycanda taksi sifariş etsəniz, böyük ehtimalla sürücü Mercedes C-class avtomobilini sürən 35 yaşına qədər Anar adlı bir şəxs olacaq.

COP29