Azərbaycanda koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.
Yenicag.az koronavirus.info.az saytına istinadən xəbər verir ki, son məlumatlardakı rəqəmlər Bakıda yoluxma hallarının yenidən artdığını göstərir.
Belə ki, bundan əvvəlki göstəricilərdə ümumi yoluxma hallarında Bakının payı 49,5 faiz təşkil edirdisə, hazırda bu, 50,2 faizdir.
Sonrakı yerlərdə 12,4 faizlə Gəncə-Qazax, 12,3 faizlə Abşeron rayonu, 8,8 faizlə Aran, 7,2 faizlə Lənkəran, 1,8 faizlə Dağlıq Şirvan, 1,7 faizlə Şəki-Zaqatala 1,5 faizlə Qubaz-Xaçmaz, 1,2 faizlə Yuxarı Qarabağ, 0,5 faizlə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.
Rəsmi məlumata görə, Azərbaycandakı koronaviruslu xəstələrin 2,9 faizi ölkə xaricində yoluxanlardır.
Son açıqlanan statistikaya əsasən, Azərbaycanda 9570 nəfər COVİD-19 virusuna yoluxub. Onlardan 5309 nəfəri sağalıb, xəstəxanalarda müalicə alan ativ xəstə sayı 4146 nəfərdir. 115 nəfər koronavirusun qurbanınaçevirilib. İndiyədək respublikada 375759 test icra olunub.