!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ən çox istifadə edilən brauzerlər - REYTİNQ / SİYAHI

!Reklam – Yazi

Atlas VPN servisinin tərtibatçıları ən çox istifadə olunan veb brauzerlərin reytinqini tərtib edib.

Yenicag.az xəbər verir ki, məlumata əsasən Google Chrome öz liderliyini qoruyur və dünya əhaləsinin yarısı bu brauzerdən istifadə edir.

Bu ilin aprel ayı üzrə statistikaya əsasən 3.258.256.887 nəfər insan Google Chrome brauzerindən istifadə edir. Bu isə Yer kürəsinin bütün əhaləsinin 40%-ni təşkil edir.

Reytinqin ikinci pilləsində Apple şirkətinin Safari brauzeri qərarlaşıb. Məlumata əsasən 944.576.100 nəfər insan bu brauzerdən istifadə edir.

Yerdə qalan brauzerlər isə Google ilə Apple şirkətlərinin məhsullarından bir xeyli geridə qalırlar.

Beləliklə 181 milyon istifadəçi kütləsi ilə üçüncü yeri Firefox, 171 milyon istifadəçi kütləsi ilə dördüncü yeri Microsoft Edge, 167 milyon istifadəçi kütləsi ilə beşinci yeri Samsung Internet, 112 milyon istifadəçi kütləsi ilə isə altıncı yeri Opera tutur.

Bu reytinqə Samsung Internet brauzeri də daxil olub. Bu brauzerdən yalnız smartfonlarda istifadə olunur.

www.yenicag.az

586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv