Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ən çox istifadə edilən əməliyyat sistemləri - REYTİNQ/SİYAHI

İstifadə etdiyimiz bütün elektronik cihazlar əməliyyat sisteminə malikdir. Ən çox tanış olanları isəWindows və MacOS sistemləridir.

“NetMarketShare” tərəfindən verilən statistik məlumatlara əsasən, ən böyük bazar payına malik olan əməliyyat sistemi 2015-də Microsoft tərəfindən yayımlanan Windows 10-dur. Windows 10-un ümumi bazar payı 56.42%-dir.

2-ci ən çox istifadə edilən əməliyyat sistemi Windows 7-dir. Bazar payı isə 26,03%-dir.

Microsoft-un əfsanəvi 19 yaşı tamam olan Windows XP sistemin bazar payı isə 1.26%-dir.

Bu siyahı da Apple-a məxsus olan MacOS-da yerləşir. MacOS X 10.15 versiyası 3.49%-lik bazar payına malikdir.

4-cü sırada isə 3.21% ilə Windows 8.1 yerləşir.

Qeyd edək ki, bu rəqəmlər Windows 8 (0.57%), ChromeOS (0.42%) və Vista (0.12%) ilə müqayisə etdikdə kifayət qədər çoxdur.

www.yenicag.az

275