2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan hüquqi və fiziki şəxsləri dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 84 ölkəyə məhsul ixrac, 149 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsindən (DSK) Yenicag.az-a verilən məlumata görə, hesabat dövründə ölkənin xarici ticarət dövriyyəsi 8370,7 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 5719,7 milyon dollarını və ya 68,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 2651,0 milyon dollarını (31,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 3068,7 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,7 faiz, real ifadədə 4,5 faiz, o cümlədən idxal 10,9 faiz, ixrac isə 2,4 faiz artıb.
2023-cü ilin yanvar-fevral aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 36,6 faiz, real ifadədə 32,3 faiz artaraq 651,4 milyon dollar təşkil edib.
Ölkənin xarici ticarət dövriyyəsinin 19,5 faizi İtaliya, 12,5 faizi Türkiyə, 10,6 faizi Rusiya, 5,6 faizi Çin, 5,3 faizi Almaniya, 4,7 faizi İsrail, 4,0 faizi İspaniya, 3,8 faizi Rumıniya, 3,6 faizi Fransa, 3,4 faizi Hindistan, 2,5 faizi Çexiya, 2,4 faizi Gürcüstan, 2,0 faizi Yunanıstan, hər biri 1,5 faiz olmaqla Avstriya, Türkmənistan və Vyetnam, hər biri 1,4 faiz olmaqla İndoneziya, Qazaxıstan və İrlandiya, 11,4 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
İxracın 29,3 faizini İtaliyaya, 12,3 faizini Türkiyəyə, 7,3 faizini İsrailə, 6,1 faizini İspaniyaya, hər biri 5,6 faiz olmaqla Almaniya və Rumıniyaya, 4,5 faizini Hindistana, 4,3 faizini Rusiyaya, 3,6 faizini Çexiyaya, 3,5 faizini Gürcüstana, 3,1 faizini Yunanıstana, hər biri 2,1 faiz olmaqla Avstriya və İrlandiyaya, hər biri 1,9 faiz olmaqla İndoneziya və Vyetnama, 1,4 faizini Portuqaliyaya, 1,2 faizini Fransaya, 0,5 faizini Çinə, 3,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (42,0 faiz), Rusiyaya (21,1 faiz), Gürcüstana (9,9 faiz), Qazaxıstana (3,0 faiz), İsveçrəyə (2,9 faiz), Ukraynaya (2,8 faiz), Türkmənistana (2,4 faiz), Rumıniyaya (1,5 faiz), İtaliyaya (1,4 faiz), Niderlanda (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 21,3 faizi Rusiya, 14,3 faizi Çin, 12,9 faizi Türkiyə, 7,7 faizi Fransa, 4,7 faizi Almaniya, 3,4 faizi Türkmənistan, 3,1 faizi İran, 3,0 faizi Qazaxıstan, 2,9 faizi ABŞ, 2,8 faizi İtaliya, hər biri 1,9 faiz olmaqla Koreya və Yaponiya, 1,6 faizi Belarus, hər biri 1,5 faiz olmaqla Birləşmiş Krallıq və Ukrayna, 1,4 faizi Hindistan, 0,9 faizi Polşa, 0,8 faizi Braziliya, 12,4 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
2023-cü ilin yanvar-fevral aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən şəkər ixracı 59,2 faiz, meyvə və tərəvəz şirələri – 98,6 faiz, meyvə və tərəvəz konservləri – 2,0 dəfə, çay – 13,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,4 dəfə, polipropilen – 2,0 dəfə, polietilen – 3,6 faiz, emal olunmamış alüminium – 18,2 faiz, 3 mineral gübrələr – 23,9 faiz, qara metallardan borular – 6,6 faiz, sement klinkerləri – 14,5 faiz artmış, təzə meyvə ixracı isə 6,8 faiz, təzə tərəvəz – 13,5 faiz, tütün – 45,0 faiz, bitki yağları – 72,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 57,1 faiz, kartof – 48,3 faiz, pambıq lifi – 45,2 faiz, pambıq ipliyi – 11,9 faiz, bentonit gili – 26,8 faiz, qara metallardan çubuqlar – 52,7 faiz azalıb.
2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2023-cü ilin yanvar-fevral aylarında buğda idxalı 78,0 faiz, şokolad və şokolad məhsulları – 22,6 faiz, unlu qənnadı məmulatları – 2,3 faiz, çay – 10,1 faiz, quş əti və onun əlavə məhsulları – 2,8 faiz, minik avtomobilləri – 25,3 faiz, dərman vasitələri – 26,4 faiz, polad prokatı – 70,9 faiz, qara metallardan borular – 21,2 faiz, rezin şinlər – 30,0 faiz, sintetik yuyucu vasitələr – 19,1 faiz, yük avtomobilləri – 30,4 faiz, polietilen – 45,8 faiz, qara metallardan çubuqlar – 13,2 faiz, mebellər – 7,3 faiz, mineral gübrələr – 60,2 faiz, paltaryuyan maşınlar – 52,1 faiz artmış, təzə meyvə idxalı isə 10,4 faiz, xam şəkər – 27,5 faiz, bitki yağları – 55,8 faiz, kartof – 21,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 35,4 faiz, təzə tərəvəz – 22,3 faiz, mal əti – 13,2 faiz, siqaretlər – 46,2 faiz, hesablama maşınları, blok və qurğuları – 16,5 faiz, qara metallardan künclüklər – 14,1 faiz, polipropilen – 9,1 faiz, məişət kondisionerləri – 64,2 faiz, avtobuslar – 66,7 faiz, məişət soyuducuları – 36,9 faiz, sement – 5,1 faiz azalıb.