!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ən çox qazanan məşqçilər – SİYAHI

!Reklam – Yazi

luis-jenrikeFransanın məşhur “L’Equipe” nəşri Avropada ən çox maaş alan 10 məşqçinin adını dərc edib.

Yenicag.az Apasport.az-a istinadən xəbər verir ki, məşqçilərin aylıq maaşları göstərilən siyahıya “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri düşməyib.

Aylıq məvacibi 415 min avro olan Alleqri yalnız 11-ci yeri tuta bilib. Ondan sonra gələn Dortmund “Borussiya”sının çalışdırıcısı Tomas Tuxelin qazancı 340 min avrodu.

“Köhnə dünya”da ən çox maaş alan məşqçi isə “Barselona”lı Luis Enrikedi. İspaniyalı mütəxəssisin aylıq qazancı 1 milyon 560 min avrodu. Bu isə o deməkdi ki, Enrikenin illik maaşı 18 milyon 720 min avro təşkil edir. Siyahıda onu müvafiq olaraq Pep Qvardiola və Joze Mourinyo izləyirlər. Aylıq maaşı 1 milyona çatan sonuncu məşqçi isə Karlo Ançelottidi.

Ən çox maaş alan məşqçilər:

1. Luis Enrike (“Barselona”) – 1 milyon 560 min avro
2. Pep Qvardiola (“Mançester Siti”) – 1 milyon 480 min
3. Joze Mourinyo (“Mançester Yunayted”) – 1 milyon 360 min
4. Karlo Ançelotti (“Bavariya”) – 1 milyon
5. Arsen Venger (“Arsenal”) – 820 min
6. Dieqo Simeone (“Atletiko”) – 770 min
7. Yurgen Klopp (“Liverpul”) – 692 min
8. Antonio Konte (“Çelsi”) – 641 min
9. Zinəddin Zidan (“Real”) – 449 min
10. Unay Emeri (PSJ) – 420 min

Yenicag.az

www.yenicag.az

647
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv