“Qlobal Traffic Scorecard 2022” hesabatında ən çox tıxac qeydə alınan şəhərlər açıqlanıb.
Yenicag.az xəbər verir ki, 2022-ci ilin sonunda ən böyük tıxacların olduğu 50 ölkədə mindən çox şəhər arasında birinci yeri London tutub.
London sürücüsü son bir il ərzində tıxaclarda orta hesabla 156 saat vaxt keçirib.
Bu şəhər artıq ikinci ildir ki, bu reytinqdə birincliyi əldən vermir. Şəhərin hər bir sürücüsü tıxaclar səbəbindən vaxt itirməsi nəticəsində orta hesabla təxminən 1,4 min funt sterlinq (1,7 min dollar) əlavə xərcə düşüb.
Siyahıda sonrakı pillələrdə Çikaqo, Paris, Boston və Nyu-York yer tutub.
Sürücülər tıxaclarda orta hesabla Çikaqo 155 saat, Parisdə 138 saat, Bostonda 134 saat, Nyu-Yorkda isə 117 saat vaxt keçiriblər.