Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ən çox uçuş icra edən hava yolu şirkəti THY oldu

Türk Hava Yolları daxili və xarici uçuşlarını bərpa etdikdən sonra Eurocontrol (Avropa Hava Nəqliyyatı Təhlükəsizliyi Təşkilatı) bölgəsində ən çox uçuş icra edən hava yolu şirkəti olub.

Yenicag.az xəbər verir ki, Türk Hava Yollarının 400 uçuşu olub, hansı ki Eurocontrol bölgəsində 24 Mart  2020 tarixindən bu yana ən yüksək göstəricidir.

Dünyada ən çox ölkəyə uçan hava yolu şirkəti olan Türk Hava Yolları daxili və
xarici sərnişin uçuşlarını uğurla bərpa etdikdən sonra keçən həftə Avropada ən çox uçuş
icra edən şirkət olduğu bildirilib.

17 İyun 2020-ci il tarixində Türk Hava Yollarının Eurocontrol bölgəsində 400
uçuşu olub. Bu 24 Mart 2020 tarixindən sonra hava yolu şirkətinin olan ən yüksək
göstəricisidir.

EUROCONTROL Avropa aviasiyasını dəstəkləyən mülki hərbi Pan Avropa
təşkilatıdır. Onlar Türkiyənin milli bayraq daşıyıcısının İyun ayının ilk həftəsi İstanbul
Hava Limanından 359 uçuş icra etdiyini təsdiq etdi.

14 İyun tarixində İstanbul Hava
Limanında 3-cü müstəqil uçuş zolağının açılışı Türkiyə aviasiyasının gələcəyi üçün
əlamətdar hadisə olduğundan İstanbul Hava Limanında eyni anda 3 təyyarə havalanıb.

Türk Hava Yolları İdarə Heyyətinin və Administrativ Komitəsinin sədri İlker Aycı
bildirib:

“Biz ürəkdən inanırıq ki, dünya bu krizisə qalib gələndə, hava nəqliyyatı
həmişəkindən daha da yaxşılaşacaq. Qitələr, insanlar və mədəniyyətlər arasında körpü
quran qonaqpərvərliyimiz ilə sizləri Türk Hava Yolları təyyarə göyərtəsində
qarşılamaqdan məmnunluq duyacağıq. Müştərilərə yanaşma tərzimizi yeni normal
standartlara təmamilə uyğunlaşdırmışıq.”

Fəaliyyətin yenidən başlaması ilə birlikdə, Türk Hava Yolları həmçinin yeni
Təhlükəsiz Səyahət Tövsiyyələri və sərnişinlərin sağlamlığını qorumaq üçün 2 yeni təyyarə içi
xidmət elan edib.

Türkiyə bayraq daşıyıcısı sərnişinlərinə elmi datalar əsas götürülərək
hazırlanan və tərkibində üz üçün maska, dezinfeksiya edici və antiseptik dəsmalın yer
aldığı Gigiyena Dəstləri təqdim edir.

Bununla yanaşı uçuşlarda təyyarədə gigiyenanı
təmin etmək və sərnişinlərin sağlam səyahəti üçün sosial məsafə qaydalarına əməl
edilməsini təmin edən Gigiyena Experti təyyarə bələdçiləri olur.

www.yenicag.az

377