Reklam: High Technic
hightechnic

Ən dözümlü avtomobillər - YENİ REYTİNQ

ISeeCars şirkətinin ekspertləri 320 min kilometrdən artıq getməyə qadir olan ən dözümlü avtomobillərin reytinqini açıqlayıb.

Analitiklər 1981-ci ildən 2017-ci ilə qədər buraxılmış 13 milyondan çox avtomobili tədqiq edərək 10 ən dözümlü maşını seçiblər. Reytinqin birinci pilləsində “Toyota Sequoia” avtomobili dayanır ki, orta hesabla 320 min kilometri rahatlıqla dözə bilib.

Yenicag.az bildirir ki, bu haqda məlumatı Regnum agentliyi yayıb.

Həmçinin ilk üçlüyə “Ford Expedition” və “Chevrolet Suburban” yolsuzluq avtomobilləri düşə bilib.

Dördüncü və beşinci yerdə müvafiq olaraq “Toyota 4Runner” “GMC Yukon XL” qərarlaşıb.

Eyni zamanda ilk onluqda “Chevrolet Tahoe”, “Toyota Tacoma”, “Honda Odyssey”, “Toyota Avalon” da yer ala bilib.

Zaur H.

www.yenicag.az

1570