!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ən gəlirli biznes sahələri

!Reklam – Yazi

Aparılan araşdırmalara görə, ən gəlirli biznes sahələri texnologiya sektorunda qurulanlardır. Bu sahədə peşələr yaxşı təhsil və təcrübə tələb edir.

Demək olar ki, bu gün hər bir şirkət öz mobil tətbiqini yaradır. Ümumiyyətlə, dövrün tələbi texnologiya olduğu üçün bu sahədə iş qurmaq ən gəlirli biznes növlərindən biri sayılır. Statistikaya əsasən, bu sahədən gələn gəlirin illik artımı 30 faizə bərabərdir.

Mobil oyunlar

Yəqin ki, bir çoxları “Angry Birds” oynayıblar . Bu oyunları siz yaratsaydınız necə olardı? Təbii ki, bu oyunlar sayəsində artıq milyonçu olmuşdunuz. Oyun sektoru 10 il ərzində ciddi şəkildə artım göstərib. 2007-ci ildə mobil oyun yaradan yalnız iki şirkət var idi. Hazırda bu rəqəm yüksək olsa da, mobil oyunlara tələbat böyük olduğundan ən gəlirli iş sahələrindən biri hesab edilir.

Elektron əşya ticarəti

Ən gəlirli sahələrdən biri də elektron əşya ticarətidir. Bu sahə yüksək sərmayə tələb etmir. Hazırda ən çox satılan məhsullar arasında elektron əşyalar ilk yerlərdən birini tutur. Texnologiya inkişaf etdikcə elektron əşyalara tələbat artır. Bu sahədə iş qurmaq üçün real mağaza açmağa da ehtiyac yoxdur. Xaricdən gətirdiyiniz əşyaları internet vasitəsi ilə rahatlıqla sata bilərsiniz.

Qida sektoru

Qida sektoru dünyanın bir nömrəli investisiya sahəsi sayılır. Bu gün bu sektor ən qazanclı iş sahələrindən biridir. Əgər xidmətinizdə keyfiyyətə və müasirliyə əhəmiyyət verirsinizsə, dadlı yeməklər təqdim edirsinizsə bu sektorda yatırdığınız investisiyanı qısa müddət ərzində qazana bilərsiniz.(bizplus.az)

Yeniçağ.Az

www.yenicag.az

869
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv