!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ən istedadlı gənclər “SƏHNƏDƏ” - FOTOLAR

!Reklam – Yazi

Ötən aylarda ifaçılıq istedadı olan gənclər üçün bütün respublika üzrə elan olunan “SƏHNƏDƏ” müsabiqəsinin canlı dinləmələri yekunlaşıb.

Müsabiqənin Lənkəran, Quba, Şəki, Gəncə, Yevlax, Bakı və Naxçıvan şəhərlərində keçirilən kastinq mərhələsində iştirak haqqı qazanan 100-dən çox gənc münsiflər heyəti qarşısında çıxış edərək ifaçılıq bacarıqlarını nümayiş etdiriblər.

Münsiflər kürsüsündə ölkəmizin musiqi sahəsində tanınan və peşəkar simaları olan Sevda Ələkbərzadə, Pərviz İsaqov (PRoMete) və hər kastinq üzrə dəvət olunan ulduz qonaqları – İlhamə Qasımova, Zamiq Hüseynov, Aytən İsmixanova, Natavan Həbibi, Muxtar Abseynov, Nigar Kərimbəyova və türkiyəli müğənni Ferman Akgülün iştirakı ilə  “Səhnədə” müsabiqəsinin final mərhələsinə 10 gənc seçilib.

Müsabiqənin bundan sonrakı mərhələsində kastinqlərdəki dinləmələrin yekununda öz istedadı ilə münsiflərin diqqətini cəlb edən və seçim meyarlarına uyğun gələn 10 gəncin Bakıda baş tutacaq qala konsertində çıxış etmək şansı olacaq. Konsertin yekununda münsiflərin qərarı ilə seçilən 3 gənclə “RÄNG” leyblı arasında 1 illik prodüsserlik müqaviləsi imzalanacaq. Müsabiqənin kastinq mərhələləri və möhtəşəm “Böyük Final” Azərbaycan Dövlət Televiziyasında (AzTV) teleşou formatında yayımlanacaq.

Xatırladaq ki, “SƏHNƏDƏ” gənc istedadlar müsabiqəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “RÄNG” leyblın tərəfdaşlığı və “GəncSİMA” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. Müsabiqənin məqsədi dövlət gənclər siyasətinin vacib hissəsi olan paytaxt və regionlarda xüsusi istedada malik olan gənc ifaçıları aşkar etmək, onların qabiliyyətlərinin inkişafı və sənətdə öz yerini tapmasına dəstək göstərməkdir.

www.yenicag.az

536
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv