!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ən kəskin fikirayrılığı Türkiyə ilə ABŞ arasındadır - İsrail mətbuatı

!Reklam – Yazi

Tramp hökumətinin qərarına əsasən, Suriya müxalifətinin maliyyə dəstəkçisi rolunu öz üzərinə götürmüş Türkiyənin Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ tərəfindən necə qarşılanacağı sual altındadır.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp hökuməti Suriyadakı müxalif qruplara tətbiq etdiyi “öyrət, təchiz et” proqramını dayandırmağa qərar verib. Bu isə “Trampın Suriyanı Rusiya və İrana təslim etdiyi” barədə iddiaların güclənməsinə səbəb olub. Bu məqamda ən çox diqqətçəkən məsələlərdən biri də Türkiyənin bu proseslərə necə münasibət göstərəcəyi və ABŞ -Türkiyə əlaqələrinin hansı istiqamətdə inkişaf edəcəyidir.

İsrailin nüfuzlu qəzetlərindən olan “Haaretz”də bildirilir ki, Ağ Ev Donald Trampın Suriya məsələsində qətiyyətsizlik göstərməklə günahlandırılmayacağını düşünür. Rusiya və İran isə ABŞ-ın bu qərarına çox sevinib.

“ABŞ əksəriyyəti kürdlərdən təşkil edilmiş Suriya Demokratik Güclərinə dəstək verməyə davam edir, ancaq diplomatik danışıqlar prosesini rəsmi şəkildə Rusiya və İranın öhdəliyinə verib.”

Həmin məqalədə iddia olunur ki, böyük güclərin maraqları kontekstində ən təhlükəli fərqlər Türkiyə və Vaşinqton arasında yaranır. Rəsmi Ankara ABŞ-ın SDG-yə verdiyi dəstəkdən ciddi mənada narahatlıq duyur və haqlı olaraq da verilən silahların geri alınacağına inanmır. Bütün bunlara baxmayaraq, Türkiyə ABŞ üçün kürdlərdən daha əhəmiyyətli bir müttəfiq olaraq qalacaq. Həmçinin belə bir proqnoz vermək olar ki, kürdlər özünə ABŞ-dan daha etibarlı bir müttəfiq axtaracaq. Belə bir vəziyyətdə isə bu rolu İran öz üzərinə götürəcək.

Hal-hazırda Vaşinqtonun İŞİD-ə qarşı mübarizədən geri çəkilməsi diplomatik proseslərdə Türkiyə və İranın mövqeyini daha da gücləndirir. İsrail mövcud şərtlər daxilində Türkiyəyə şübhəli nəzərlərlə baxır, Türkiyə isə İran və Rusiya arasındakı yaxınlıqdan ehtiyat edir.

Yenicag.az

www.yenicag.az

917
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv