Ən keyfiyyətli smartfonlar açıqlandı

“DisplayMate” analitik firması ən keyfiyyətli displeyə malik smartfonun adını açıqlayıb.

Yenicag.az “hitech.vesti.ru”ya istinadən xəbər verir ki, ötən həftə təqdim edilmiş “Galaxy Note9” planşetofonu dünyada ən keyfiyyətli displeyə malik aparat elan edilib.

6,4 düymlük “SuperAMOLED” panel rənglərin ötürülmə dəqiqliyi, parlaqlıq və baxış bucağı daxil olmaqla bütün göstəricilər üzrə ən keyfiyyətli displey seçilib.

Hesabatda deyilir ki, yeni aparatın ən yüksək parlaqlığı ötən ilki “Note8” ilə müqayisədə 27 faiz yüksəkdir.

Yeni qabaqcıl aparat 1020 nit parlaqlığa malikdir ki, bu da “Note8” və “Galaxy S9” ilə müqayisədə cüzi azdır, ancaq ağ rəngli şəklin göstərilməsi zamanı parlaqlıq 710 nitə bərabərdir ki, bu da “Samsung”un ötənilki qurğularından daha yaxşıdır.

COP29