Ən məşhur “Qarabağ” azarkeşi – Zabit Səmədov

Azərbaycanlı məşhur aktyor Bəhram Bağırzadənin UEFA tərəfindən “ən məşhur “Qarabağ” azarkeşi” kimi seçilməsinin müzakirələrə səbəb olduğunu xəbər vermişdik.

Yenicag.az xəbər verir ki, “Qarabağ”ın müraciətindən sonra Bağırazadənin adı məşhur fanatlar siyahısından çıxarılıb.

Əldə etdiyimiz məlumata görə, aktyor K-1 döyüşçüsü Zabit Səmədovla əvəzlənib.

Qeyd edək ki, Bəhram Bağırzadə “Neftçi” azarkeşi kimi tanınır.