Texnologiyanın inkişafı ilə insanların sosiallaşa bildiyi sosial media platformalarının sayı son illərdə artıb.
Yenicag.az Trend-ə istinadən xəbər verir ki, texnologiya ilə bağlı hesabatlar hazırlayan “StatCounter”, 2023-cü ilin iyul ayı etibarilə sosial media platformalarının istifadəçi sayına görə bazar paylarını açıqlayıb. “Facebook”un birinci olması diqqət çəkib.
“StatCounter”in məlumatına görə, dünyada ən populyar olan “Facebook” , istifadəçi sayına görə sosial media bazarının 63,93 % nə hakimdir. “Instagram”ın isə istifadə nisbəti 13,91 % səviyyəsindədir .