!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ən sərt şəkildə bunun qarşısı alınacaq”

!Reklam – Yazi

azay_guliyev_271115“Hamı bilməlidir ki, dövlətçiliyimizə qarşı atılan istənilən addım cavabsız qalmayacaq və ən sərt şəkildə bunun qarşısı alınacaq”.

Bunu millət vəkili Azay Quliyev jurnalistlərə Nardaran hadisələrinə münasibət bildirərkən deyib.

A.Quliyev qeyd edib ki, Azərbaycanda bütün sahələrdə əldə olunan inkişafın təməlində möhkəm dayaqlar üzərində qurulan ictimai-siyasi sabitlik dayanır: “Dünyanın müxtəlif yerlərində, o cümlədən Yaxın Şərqdə davam edən vətəndaş müharibəsinin fonunda Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi Azərbaycan sabitlik və azadlıq adasıdır. Tarix boyu dini tolerantlığın mövcud olduğu ölkəmiz bu gün də dünyada ənənəvi və unikal multikulturalizm məkanı kimi tanınır və təqdir olunur”.

Deputat bildirib ki, ancaq təəssüflər olsun ki, xarici dairələrin məkrli niyyətlərinin alətinə çevrilən müəyyən qrup şəxslər dövlətçiliyimizin dayaqlarının sarsıdılmasına çalışırlar: “Noyabrın 26-da Sabunçu rayonunun Nardaran qəsəbəsində Daxili İşlər Nazirliyinin keçirdiyi xüsusi əməliyyat zamanı radikal dini ekstremist qrupun üzvləri hüquq-mühafizə orqanlarına silahlı müqavimət göstəriblər, 2 polis əməkdaşı həlak olub. “Din” pərdəsi altında hakimiyyət nümayəndələrinə qarşı itaətsizlik nümayiş etdirən, qanunsuz silahlı dəstə yaradan bu qrupun məqsədi ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq və xaos yaratmaqdır. Sosial, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq hüquq-mühafizə orqanlarına qarşı silahlı müqavimət göstərən bütün şəxslər dövlətin ən sərt qanunları ilə mühakimə edilməli, ictimai-siyasi sabitliyin pozulmasına imkan verilməməlidir”.

Azərbaycanda din-dövlət münasibətlərinin kifayət qədər aydın və uğurlu hüquqi, ictimai əsaslara söykəndiyini vurğulayan A.Quliyev Konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə cəhd edən radikal dini qrupların heç bir halda ölkə dindarlarının mövqeyini ifadə etmədiyini söyləyib: “İnanıram ki, çoxsaylı ilahiyyatçılar və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən də fəaliyyəti haqlı olaraq pislənilən bu cür qrupların bütün üzvlərinin ifşa edilərək məsuliyyətə cəlb olunması üçün zəruri addımlar atılacaq. Azərbaycanda bütün inanclı insanlar indiyədək olduğu kimi bundan sonra da dövlətçiliyimizin ətrafında sıx şəkildə birləşəcək və bu cür ekstremist qruplara qarşı kəskin etirazlarını bildirəcəklər”.

www.yenicag.az

764
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv