“Antutu” şirkəti dünyanın 10 ən sürətli smartfonunun reytinqini dərc edib.
Birinci yeri 371 849 balla bu yaxınlarda təqdim edilən “Snapdragon 855” prosessoruna malik “Xiaomi Mi 9” modeli tutub. İkinci pillədə 353 469 balla “Lenovo Z5 Pro GT” (Snapdragon 855), üçüncüdə isə 320 763 nəticə ilə “Nubia Red Magic Mars” (Snapdragon 845) smartfonları qərarlaşıb.
Sonrakı mövqelərdə “Huawei Mate 20 Pro”, “Honor V20”, “Huawei Mate 20 X”, “Honor Magic 2”, “ASUS ROG Phone”, “Xiaomi Black Shark Helo” və “Xiaomi Mi 8 Pro” modelləri yer alıb.
“MWC 2019” sərgisində Avropa bazarı üçün təqdim edilən “Xiaomi Mi 9” smartfonu iki versiyada təklif olunacaq: 6+64 giqabayt tutumlu modelin qiyməti 449 avro, 6+128 giqabaytlığın isə 499 avro təşkil edəcək.