!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ən təhlükəli, riskli peşə - Jurnalistlər həlak olur, öldürülür, sui-qəsdə qurban gedir... - Səxavət Məmməd yazır 

Jurnalist peşəsi ən təhlükəli, riskli peşələrdən biridir. Hər il müxtəlif səbəblərdən jurnalistlər peşə fəaliyyətini həyata keçirərkən ya həlak olur, ya da öldürülürlər. Bunlarla yanaşı, çoxlu sayda jurnalist sui-qəsdlərin də qurbanı olur.

Bu gün iki həmkarımız – Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Azərbaycan 30 ildən çox bir zamanda müharibə şəraitində olsa da, müharibə (hərbi) jurnalistiksası o qədər də inkişaf etməyib. Beynəlxalq aləmdə müharibə jurnalistləri barədə belə bir deyim: “Müharibə jurnalistləri əsgərlər kimidir, gedəcəkləri tarix bəllidir, dönəcəkləri tarix yox”.

Bu cür faciəvi hadisələr baş verəndə deyirlər ki, jurnalistlər niyə özlərini təhlükəyə atırlar? Məlumat az olanda da deyirlər ki, jurnalistlər niyə gedib ərazidə işləmirlər?

Minalı ərazidə jurnalistlərin davranışı ön plana çıxarılır. Düşünürəm ki, bu hadisə ilə bağlı minalı ərazilərdə davranış qaydası keçərsizdir. Çünki minaya jurnalist yox, yolla hərəkət edən sərnişin avtomobili düşüb. Burada əsas suallar bunlardır: Ərazi yoxlanılmışdımı? Həmin yol daimi işlək idimi? İnanmıram ki, o əraziyə ilk avtomobil girişi olsun. Mümkün deyil ki, jurnalistlər əraziyə müşayiət olmadan getsinlər. Ola bilsin, ya mina dərində olub, tapılmayıb, ya da sonradan basdırılıb. Təminat yollarına mina basdırarkən yaxalanan erməni terrorçuları oldu. Bu faktın özü də düşündürücüdür.

Müharibə vaxtı da Azərbaycan jurnalistləri həyatlarını təhlükəyə ataraq peşə fəaliyyətlərini həyata keçirirdilər. Nəticədə yaralananlar da oldu. Düzdür, ən sonda xarici jurnalistlərlə yerli mətbuat işçiləri arasında fərq qoyuldu, onlar daha ön plana çıxarıldı. Ancaq ən qaynar nöqtələrdə xarici jurnalistlər yox, məhz yerli jurnalistlər fəaliyyət göstərdilər.

Hər bir halda, həmkarlarımız xidmətdə olarkən həlak olublar. Müharibə bitsə də, müharibənin fəsadları nəticəsində həyatlarını itiriblər. Qanunvericilikdə olmasa belə, onlara istisna hal kimi statusun verilməsi doğru olardı.

www.yenicag.az

542
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100