Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ən təhlükəli smartfonlar açıqlandı

“LG”, “Asus”, “Essential”, “ZTE”, “Sony” və başqa şirkətlər tərəfindən istehsal edilmiş və “Android” sisteminin idarəetməsi altında işləyən onlarla populyar smartfona quraşdırılmış daxili proqram təminatı və mobil tətbiqlərdə öncədən kritik boşluqlar olduğu aşkar edilib. “Kryptowire”nin kibertəhlükəsizlik üzrə mütəxəssislərinin araşdırmasına görə, yalnız ucuz qurğular deyil, həm də “LG G6”, “Nokia 6”, “ASUS ZenFone 3 Max” və “Sony Xperia L1” kimi aparatlarda boşluqlar qeydə alınıb.

Yenicag.az xəbər verir ki, istehsalçıların səhvi ucbatından “Android” sistemi ilə işləyən smartfonlar müxtəlif hücumlara məruz qala bilər: ekran görüntüsünün əldə edilməsi, klavişlərə sıxılmanın, aparatda “root” girişin ələ keçirilməsi. ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin maliyyə yardımı ilə hazırlanmış hesabat Las-Veqasda keçirilmiş “Black Hat” adlı konfransda müzakirə edilib.

Boşluqların mövcudluğu “Android” sisteminin açıq olması ilə izah edilir, nəticədə üçüncü şəxslər kodu, sistemin davranışını dəyişdirə və hətta ƏS-nin ayrı-ayrı versiyalarını hazırlaya bilərlər. Bunun nəticəsində smartfonlara öncədən quraşdırılan daxili proqram təminatı və mobil tətbiqlərdə kritik səhvlər buraxıla bilər./Azərtac/

www.yenicag.az

4872
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100