COVID-19 ilə mübarizədə müəyyən dərman pereparatları və ya vitamin komplekslərinin faydaları barədə tez-tez eşidirik. Ancaq bəzi məlumatların əsassız olduğu və faktlarla sübut olunmadığı məlum olur.
Yenicag.az faktlara əsasən məlumatları təqdim edir:
– Pəhriz əlavələri və vitamin kompleksləri COVID-19-la mübarizədə effektlidir?
– Koronavirusun müalicəsi üçün mikroelement əlavələrinin istifadəsinə dair dəqiq bir təlimat yoxdur.
Əlavə vitamin kompleksləri immunitet sisteminin yaxşılaşdırılması, sağlamlıq üçün qəbul edilməlidir.
– Deksametazon koronavirusla mübarizədə effektli dərmandır və bu, bütün COVID-19 xəstələrinə tətbiq edilə bilər?
– Deksametazon antiinflamatuar və immunosupressiv təsir göstərən bir antibiotikdir. Nəfəs aparatına qoşulan xəstələrdə deksametazonun təyin edilməsi vəziyyətin yaxşılaşmasına səbəb olur.
Ancaq yüngül simptomlar müşahidə edilən xəstələrə deksametazonun təyinatı müsbət təsir göstərmir.
– Virus maye və qida qəbulu yolu ilə yoluxur?
– Xeyr. COVID-19 Yemək və ya su ilə yoluxa bilmir. Virus insanlar arasında sıx əlaqə zamanı yayılır.
– Virus ayaqqablardan keçə, yayıla bilir?
– COVID-19 virusunun ayaqqabılarla daşınması və yayılması ehtimalı demək olar ki, sıfıra bərabərdir.
– Tibbi maskaların uzun müddət taxılması karbon dioksid zəhərlənmələrinə və ya oksigen çatışmazlığına səbəb ola bilər?
– Xeyr, karbon dioksid zəhərlənmələrinə və ya oksigen çatışmazlığına səbəb olmur. Ancaq narahatlığa səbəb ola bilər.
– 5G mobil şəbəkələri COVID-19-un yayılmasına səbəb olur?
– COVID-19 radio və ya mobil dalğalarla deyil, hava damcıları ilə ötürülür.
– Sətəlcəm peyvəndləri yeni növ koronavirusdan qoruyur?
– Qorumur. Çünki bu virus digərlərindən tamamilə fərqlidir və xüsusi bir peyvənd tələb edir.
Hazırladı: Cəmilə Çebotareva