Ən yaxşı futbolçu adına son 3 namizəd – UEFA açıqladı

UEFA 2018/2019-cu illər mövsümünün ən yaxşı futbolçusu adına 3 namizədi açıqladı.

Yenicag.az xəbər verir ki, ən yaxşı kişi futbolçu adına “Barselona”dan Lionel Messi, “Yuventus”dan Kriştiano Ronaldo və “Liverpul”dan Vircil van Deyk namizəddir.

Mükafatın sahibi Çempionlar Liqasının 29 avqustda baş tutan püşkatma mərasimində açıqlanacaq.