“Ən yeni tarix” kitabının üz qapağı ilə bağlı tanınmış televiziyaçıdan maraqlı təklif

Azərbaycanın böyük zəfərindən sonra maraqlı təkliflər səsləndirilməkdədir.

Yenicag.az xəbər verir ki, bu yöndə unikal təkliflərdən birini tanınmış televiziyaçı Məmməd Gülməmmədov edib.

M.Gülməmmədov özünün Facebook hesabında qeyd edib:

“Təklif edirəm ki, “Ən Yeni Tarix” kitabının üz qapağında müzəffər sərkərdə, Cənab Ali Baş Komandan İlham Əliyevin hərbi formada şəkli olsun”.

Qeyd edək ki, Məmməd Gülməmmədov Türkiyənin “Haber Global” CEO-sudur.