Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr AÇIQLANDI

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.

Yenicag.az xəbər verir ki, saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 51 saylı Qusar Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 13,93 faiz olub.

Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 4,38% olub.

Qeyd edək ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 10:00-dək olan seçici fəallığı 10:00-dək 8.51 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 423361 nəfərinin səs verib.