Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr

Azərbaycanda Milli Məclisə keçirilən seçkilərdə ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.

Yenicag.az xəbər verir ki, saat 15:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir.

1 saylı Şərur-Sədərək seçki dairəsindən 61,4% (46 min 225 seçicidən 23 736 nəfər) olub.

Seçici fəallığının ən aşağı olduğu dairə isə 28 saylı Sabunçu üçüncü Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 18,6% (10 299 nəfər) olub.