!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Enactus Səhər Yeməyi” layihəsi keçirildi

!Reklam – Yazi

2016-11-11-13-54-48fakkNoyabrın 4 və 5-i Royal Hotel Bakıda Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Enactus Səhər Yeməyi” layihəsi çərçivəsində tədbirlər keçirildi.
Bu layihənin əsas məqsədi gənclərdə araşdırma qabiliyyətinin təşviq edilməsi, müxtəlif yollarla iqtisadiyyatın ayrı-ayrı seqmentlərini dərindən və detallı araşdıraraq yeni metodologiyanı üzə çıxarmaqdır, onlarda analitik düşüncəni təşviq edilməsi, gənclərin teoretik bilgilərin praktikada tətbiqetmə mexanizmlərini öyrətmək və əyani həyata keçirməkdir. Tədbirlərdə Ali və Orta İxtisas təhsili müəssisələrinin Azərbaycanın qabaqcıl şirkət və qurumlarının top liderləri də iştrak etdilər. 4 Noyabr tarixində keçirilən görüşdə Kənd təsərrüfatı, qadıların kiçik və orta sahibkarlığa cəlb edilməsi, onların sosial-ictimai həyatda fəallığının artırılması mövzuları ətrafında müzakirələr aparıldı. İş dünyasının qabaqcıl mütəxəssisləri öz təcrübələri və bilikləri ilə tələbələrlə bölüşdülər. Onlara layihələrdə işləmək üçün məsləhətlər verdilər.
Qeyd etmək istərdik ki, bu görüşdə Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondu, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, PAŞA Bank, CDB Bank, AGBank, , SOCAR AQŞ-nin mütəxəssisləri və ADA Universiteti tərəfindən təsis edilmiş Azərbaycan Niderland Biznes HUB-in direktoru iştrak etmişdirlər. Görüşdə tələbə və top liderlər masalara bölünərək çay və kofe süfrəsi arxasında yuxarıda qeyd etdiyimiz sahələr üzrə öz müzakirələrini davam etdirdilər. Həmin müzakirələrin nəticəsi olaraq komandalar 2016-2017-ci akademik il üzrə layihələrinin ilkin strategiyasını hazırladılar. 5 Noyabr tarixində isə layihə çərçicivəsində Ali və Orta İxtisas təhsili müəssisələrinin tələbələrinə Enactus proqramı, layihələrin hazırlanması, layihə üzrə vaxt bölgüsü, sağlam komanda ruhu və biznes üçün real atdımların atılması haqqında məlumat verildi. Qeyd etmək istərdik ki bu layyihə çərçivəsində təlimlər Enactus Azərbaycanın fəal məzunları olan Enactus Azərbaycanın proqram meneceri Nəcimə Əliyeva; Proqramçı,dizayner Fərid Umudlu və SYSLAB Masallı mərkəzinin layihə kordinatoru, təlimçi Rafet Şirəliyev tərəfindən aparıldı.

Tədbirlərdə 190 nəfər qonaq iştrak etmişdir.

 

www.yenicag.az

560
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv