!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əndazəsini aşan Ermənistan: "Azərbaycan indiki vəziyyətdə heç nədən çəkinmədən..."

!Reklam – Yazi

“Vardanyan ölkəmizdə terrora çağırış edirsə, separatçılıqla məşğul olursa, onu və onun kimiləri ya həbs etmək, ya da infaz etmək lazımdır”.

Bu fikirləri son dövrlər Ermənistanın dəyişən ritorikası və bunun səbəblərini şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Fərəc Quliyev bildirib ki, Ermənistanın arxasındakı qüvvələrin məqsədi konfliktin aradan qalxmamasıdır:

“Ermənistanın maraqları 10 faiz təşkil edir. Qalan maraqlar hamısı xarici qüvvələrindir. Ermənistan milli iradələrindən daha çox başqalarının iradələrini ifadə edən bir boğazdır. Onun ağaları bəzi məsələləri sifariş edirlər. Bəzi məsələlərdə də onlara motivasiya edirlər ki, ruhlansınlar. Məqsəd konfliktin tam olaraq aradan qalxmamasıdır.

Verilən vədlər həmişə özün doğrultmayıb. Ermənistanın KTMT-dən gözləntiləri oldu, doğrulmadı. Rusiya və Fransadan da həmçinin. Fransa Avropada hay-küy salır ki, guya Qarabağda yol bağlanıb, əhali əziyyət çəkir. Özləri nə qədər yardım göndəriblər? Bunlar sadəcə siyasi ritorikadır. Ermənistanın başını aldadırlar.

Əgər sülh müqaviləsi bağlanacaqsa, sabitlik olacaqsa, Avropa İttifaqı müşahidəçiləri nəyə göndərir? Bu mənada, Ermənistanı bu cür aqressiv danışmağa vadar edirlər. Ermənistan özü də əgər uyğun bir şərait yaranrsa, Rusiya Ukraynada qələbə əldə edərsə, revanş imkanları olarsa, nə qazanar deyə vəziyyəti uzadır.

Azərbaycan tərəfi üçün münbit şərait yaranıb. Savaşda Rusiyanın düşdüyü vəziyyət, Türk Dövlətlər Birliyinin yeni güc mərkəzinə çevrilməsi, İpək yolunun açılmasında böyük dövlətlərin maraqlarının olması onu deməyə əsas verir ki, Azərbaycan indiki vəziyyətdə heç nədən çəkinmədən antiterror əməliyyatları üçün ilkin addımlar atmalıdır. Vardanyan başqa olmaqla, Qarabağ iqtisadi zonasında bütün terrorçuları zərərsizləşdirməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

503
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv