!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ənənəvi mətbuatın DURUMU: "Metroda satışın yenidən bərpa edilməsi müsbət addım olardı" - Baş redaktordan TƏKLİF

!Reklam – Yazi

“İstək daxilində özəl sektorun bu prosesə cəlb olunması təşkil edilməlidir”.

Bu fikirləri “Kiosk Press”lərdə qəzetlərin satışının həyata keçirilməsi və bu sahənin ümumi problemləri haqqında danışarkən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Yenicag.az-a açqılamasında səsləndirib.

Baş redaktor qeyd edib ki, məsələyə qlobal konteksdən yanaşmaq laızmdır:

“Yayımın problemi təkcə köşklərlə bağlı deyil. Bu, ədalətsiz yanaşma olardı. Problem, əslində, çoxdur. Köşklər yalnız qəzet satışı hesabına özlərinin gəlirlərini təmin edə bilməzlər, çünki orada da insanlar çalışır, xərcləri var. Təbii ki, məcburiyyət qarşısında qalıb digər məhsulları da satırlar. Qəzet satışından gəlir kifayət qədər azdır, hətta qəzetlərin özləri də satışdan heç nə qazana bilmirlər. Bu problemlər yeni deyil. Bununla belə, bir sıra təşəbbüslər var. MEDİA-da da bu təşəbbüslər müzakirə olunub. Agentlik rəhbərliyi bu təşəbbüslərə müsbət yanaşıb. Düşünürəm ki, bu istiqamətdə addımlar atılacaq.

Köşklərlə bağlı problemin əsas səbəbi ondan ibarətdir ki, birinci növbədə onların zahiri görünüşü standartlara uyğun olmalıdır. Mahiyyət etibarilə burada kitabların satılması da ön planda dayanmalıdır. Çox yaxşı olardı ki, köşklərin ön tərəfində qəzetlərin baneri vurulsun. Bu da qəzet satışında müsbət tendensiya olardı. Eyni zamanda, qəzetin PR-ı üçün də müəyyən addımların atılmasına ehtiyac var. Dediyim kimi, müəyyən təşəbbüslər var və bunlarla əlaqəli işlər aparılır. İstək daxilində özəl sektorun bu prosesə cəlb olunması təşkil edilməlidir. Otellərdə, sərnişin daşıma xidmətlərində, marketlərdə qəzet satışının təşkil edilməsi təmin oluna bilər. Bütün dünyada bu təcrübə var. Metroda satışın yenidən bərpa edilməsi də müsbət addım olardı. Rayonlarda faktiki olaraq qəzet köşkləri qalmayıb. Ona görə də bu məsələyə qlobal konteksdən yanaşmaq lazımdır ki, problemlər öz həllini tapsın”.

Aqil Bəkir

www.yenicag.az

415
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv