!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Enerji bazarında Azərbaycanın gücü: Formalaşmaqda olan struktur böhranının enerji sektoruna zərərləri... -  ŞƏRH

!Reklam – Yazi

“Avropa ölkələrində baş verən müəyyən enerji böhranı Azərbaycanı enerji bazarında daha da önəmli faktora çevirməkdədir”.

Bu sözləri BP-nin vitse-prezidenti Qordon Birrelin ölkəmizə səfəri və rəsmilərlə görüşünü şərh edən iqtisadi ekspert Aslan Əzimzadə Yenicag.az-a açıqlamasında qeyd edib.

O, bildirib ki, görüş zamanı aparılan müzakirələr hər iki tərəf üçün faydalı ola bilər:

“Son günlər ölkəmizdə enerji sahəsində ən önəmli beynəlxalq tədbirlərdən biri sayılan “Bakı Enerji Həftəsi” layihəsi keçirilir. Tədbir çərçivəsində müxtəlif dünya ölkələrinin eneji şirkətlərinin nümayəndələri Azərbaycanda səfərdə oldu. O cümlədən BP-nin vitse-prezidenti Q. Birrel də ölkəmizdə səfərdədir.

Bu gün dünya iqtisadiyyatı və Avropa ölkələrində baş verən müəyyən enerji böhranı Azərbaycanı enerji bazarında daha da önəmli faktora çevirməkdədir. Bu da ölkəmiz üçün vacib iqtisadi dividentlərlə nəticələnə bilər. Hazırda görürük ki, enerji daşıyıcılarının qiymətində müəyyən volativlik var və bunun qarşısında dünya ölkələri daha dayanıqlı və etibarlı portnyorlarla işləməyi ön planda tutmaqdadırlar. Azərbaycan isə, təbii ki, özünün enerji ixracı ilə göstərdiyi müsbət impulslar baxımından etibarlı tərəfdaş statusunu formalaşdıra bilib. Əlbəttə ki, bu tip görüşlərin baş tutması olduqca əhəmiyyətlidir. Çünki qeyd etmək lazımdır ki, bu gün faktiki olaraq dünya iqtisadiyyatında formalaşmaqda olan struktur böhranı enerji sektoruna müəyyən zərərlər vurmaqdadır.

Zənnimcə, bu zərərlərdən yaranan riskləri minimuma endirmək üçün bu sahədə ixracın artırılmasına ehtiyac yarana bilər. O cümlədən də Azərbaycanın ixracına da ehtiyac duyulur. Düşünürəm ki, məhz bu görüş hər iki tərəf üçün olduqca produktiv nəticələr verə bilər”.

Yusif Səmədzadə

www.yenicag.az

655
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv