Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Enerji dünyasını qarışdıran QLOBAL SAVAŞ: Dünya nəhənglərinə 495 milyarda başa gəldi

Dünya bazarında neftin kəskin ucuzlaşması “qara qızıl” istehsalçısı olan böyük şirkətləri ciddi itkilərə məruz qoyub.

Yenicag.az xəbər verir ki, neftin qiymətinin bazar ertəsindən etibarən, kəskin ucuzlaşaraq, son 4 ilin ən aşağı səviyyəsinə düşməsi nəhəng şirkətləri anbaan müflisləşdirir.

Məlumata görə, dünyanın ən böyük 14 neft şirkətinin bazar dəyəri son 5 iş günündə 495 milyard dollar azalıb.

Dünyanın ən bahalı şirkətləri sırasında öndə gələn “Saudi Aramco”nun səhmləri 8-12 mart aralığında Səudiyyə Ərəbistanının “Tadawul” bazarında 12,1 faiz ucuzlaşıb, şirkətin bazar dəyəri isə 230 milyard dolar azalıb.

“Saudi Aramco”dan sonra isə bazar dəyərində ən yüksək azalma Niderlandın “Royal Dutch Shell” şirkətində qeydə alınıb. Şirkətin səhmlərinin dəyəri 9-13 mart aralığında 30,8 faiz ucuzlaşıb, kompaniyanın bazar dəyəri isə 48,3 milyard dollar azalıb.

“Kiçilmə” siyahısında ilk üçlüyü “Saudi Aramco” və “Royal Dutch Shell”dən sonra 33,7 milyard dollar həcmində itki ilə Fransanın “Total” şirkəti tamamlayır. Şirkətin səhmləri 29,9 faiz ucuzlaşıb.

Qeyd edilən müddət ərzində Böyük Britaniyanın “BP” şirkətinin səhmlər 30,1 faiz, bazar dəyəri isə 29,5 milyard dollar, İtaliyanın “Eni” şirkətinin səhmləri 32,4 faiz, bazar dəyəri 13,5 milyard dollar azalıb. Norveçin “Equinor” şirkətinin səhmləri son 5 gündə 27,2 faiz ucuzlaşıb, bazar qiyməti isə 12,7 milyard dollar azalıb.

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və Səudiyyə Ərəbistanı ilə keçirilən görüşün nəticəsiz başa çatmasından sonra Rusiyanın “Rosneft” və “Lukoil” şirkətləri də səhm və bazar qiymətlərində ciddi itki ilə qarşılaşıblar.

Qeyd olunur ki, 10-13 mart aralığında Rusiyanın ən böyük neft şirkəti “Rosneft”in səhmləri 32,2 faiz, bazar dəyəri isə 19 milyard dollar azalıb. “Lukoil”da analoji göstəricilər 21,1 faiz və 11 milyard dollar təşkil edir.

Nyu-York birjası isə koronavirusa və OPEC-lə Səudiyyə Ərəbistanı arasında aparılan müzakirələrin nəticəsiz başa çatmasına görə 2008-ci ildən bəri ən böyük həftəlik itki ilə üzləşib.

9-13 mart aralığında ABŞ-ın ən böyük 6 neft şirkəti ümumilikdə 97 milyard dollar ziyana düşüblər. ABŞ-ın “Exxon Mobil” şirkətinin səhmləri 20,1 faiz ucuzlaşıb, bazar dəyəri isə 40,5 milyard dollar azalıb.

“Exxon Mobil” şirkətini 22,4 milyard dollar itki ilə “Chevron” və 15,1 milyard dollar itki ilə “Conoco Phillips” kompaniyaları izləyirlər. Onlardan başqa, bu zaman kəsimində “Halliburton” şirkətinin səhmləri 45,3 faiz ucuzlaşıb, bazar dəyəri isə 5,2 milyard dollar azalıb. “Schlumberger” şirkətinin səhmləri 32,3 faiz ucuzlaşıb, bazar dəyəri isə 10,7 milyard dollar azalıb. Son 5 gündə bazar dəyəri 3,4 milyard dollar azalan “Baker Hughes” şirkətinin səhmləri 20,8 faiz ucuzlaşıb.

Loading...

www.yenicag.az

838
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100