Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Enerji içkisi istehsal edən şirkətlər CƏZALANDIRILDI - SİYASƏT

Enerji içkiləri bazarında haqsız rəqabət halları ilə əlaqədar qərarlar qəbul edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Yenicag.az-a verilən məlumata görə, işlərə baxılan zaman “AVRORA” MMC-nin “BİZON energy”, “BERG ENERGY” MMC-nin eyni adlı məhsulu, “A+CO” ASC-nin “FULL energy”, “NPG Azərbaycan” MMC-nin “PIT BULL” adlı alkoqolsuz içkilərin markalanmasında həmin məhsulların enerji içkisi olması təəssüratlarının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatları təqdim etməklə haqsız rəqabətə yol verildiyi müəyyən olunub.

Bununla yanaşı, “PIT BULL” alkoqolsuz içkisinin qablaşdırılmasında “Veysəloğlu” MMC-nin adından qanunsuz istifadə halları aşkarlanıb. Qərarlara əsasən, “BERG ENERGY” MMC, “AVRORA” MMC, “A+CO” ASC və “NPG Azərbaycan” MMC-lərə qarşı müvafiq məsuliyyət tədbirləri barədə qərarlar qəbul edilərək pozuntuların aradan qaldırması barədə göstərişlər verilib.

Qeyd edək ki, bir neçə alkoqolsuz içkinin tərkibi ilə əlaqədar laborator müayinələrin nəticələri dövlət xidməti tərəfindən bütövlükdə enerji içkiləri bazarında haqsız rəqabət hallarına dair geniş araşdırmalara səbəb oldu.

Məlumat üçün bildirək ki, “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və (və ya) antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.

www.yenicag.az

176
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100