Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ənvər Paşanın çəkmələri Moskvada nümayiş olunur - FOTO

Osmanlı imperatorluğunun nüfuzlu komandirlərindən, eyni zamanda “İttihad və Tərəqqi” cəmiyyətinin liderlərindən olan Ənvər Paşaya aid çəkmələr Moskvada Rusiya Silahlı Qüvvələr Muzeyində nümayiş olunur.

Yenicag.az bildirir ki, Ənvər Paşa Orta Asiyada Sovet hökümətinə qarşı mübarizə aparan “Basmaçı” üsyanına dəstək verib. 1922-ci il, 15 iyunda Tacisiktanın Kafiran bölgəsində baş verən qarşıdurmalardan sonra Ənvər Paşa dağlara çəkilməyə məcbur olur. Bu vaxt onun çəkmələri də daxil olmaqla, bir sıra şəxsi əşyaları Qızıl Ordu əsgərləri tərəfindən ələ keçirilir və Daşkəndə göndərilir. Əşyalar daha sonra Daşkənddən Moskvaya aparılır.

4 avqust 1922-ci ildə Qurban bayramı ərəfəsində Qızıl Ordunun Bəlçivanda həyata keçirdiyi xüsusi əməliyyat zamanı pulemyotdan açılan atəş nəticəsində həyatını itirən Ənvər Paşa Çeğen kəndində torpağa tapşırılıb. 1996-cı ildə isə onun nəşi Türkiyəyə gətirilərək, rəsmi mərasimlə İstanbulda dəfn edilib.

www.yenicag.az

5044
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100