Epidemiyanın bədii ifadələri “covidoscope.org” saytında!

Yunis Əmrə İnstitutunun COVID-19 epidemiyasının qlobal miqyasda emosional və bədii ifadələrini əks etdirən “Covidoscope” layihəsinin veb-saytı, ziyarətçilər üçün Türk, İngilis, Ərəb və İspan dillərində istifadəyə verilib.

Yenicg.az xəbər verir ki, əksəriyyətimiz uşaqlığımızdan kaleydoskopu (çiçək durbini) xatırlayırıq. Kaleydoskop, güzgülərdə işığı əks etdirərək rəngarəng naxışlar və gözəl görünüşlər yaradan bir durbindir.

Yunis Əmrə İnstitutu  “Covidoscope” layihəsi çərçivəsində dünyadakı epidemiya dövründə bədii əsərlərin ən yaxşı nümunələrini tərtib edir.

Emosional bir yaddaş layihəsi olan “Covidoscope” eyni zamanda qlobal rəqəmsal arxivdir. Layihədə bütün dünyada COVID-19 epidemiyasına qarşı oyanan ortaq və subyektiv duyğuların yaratdığı istehsal, paylaşma və həmrəylik nümunələri əks olunmuşdur; ortaq duyğuların və duyğuların mədəniyyət bazalarının vurğulandığı bir kurasiya ilə təqdim olunur.

May ayından etibarən sosial media hesablarından kolleksiya haqqında ipucularını verməyə başlayan “Covidoskop”un veb-səhifəsi orijinal dizaynı və dörd dil variantı ilə ziyarətçilər üçün açılıb.

COVID-19 pandemiyası gözlənilməz bir təcrübə ilə bütün dünyanı qarşı-qarşıya qoydu. Fərdi və ictimai sağlamlığa təhdid olaraq, xəstəlik həm özəl, həm də ictimai sferada mühüm dəyişikliklərə səbəb oldu.

Bu qeyri-müəyyənlik şəraitində insanlar evlərinə və daxili dünyalarına qayıtdıqca duyğuların estetik ifadəsi də sürətləndi. Həm qlobal bir təcrübədən, həm də müəyyən çərçivələrdə formalaşan fərdi reaksiyalardan yaranan ortaq duyğular, fərqli axtarışlar, açıqlamalar və üsullarla geniş çeşidli məhsulara çevrildi.

Yunis Əmrə İnstitutunun “Covidoskop” layihəsində tərtib edilən bu məhsulların ortaq nöqtəsi həlledici və mənalı bir vaxtda, eyni zamanda istehsal edilmələri və bütövlükdə baxıldıqda epidemiya günlərinin emosional gündəliyini meydana gətirmələridir. “Covidoskop”, epidemiyanın ilk günlərindən bəri istehsal olunan əsərlər arasından, emosiyalara yönəlmiş bir perspektivi olan əsərlərin siyahısını ehtiva edir. Kaleydoskopda müxtəlif, rəngli, dəyişkən və ahəngdar görünmədən ilhamlanan bu layihə ilə ortaqlıq və subyektivliyi əhatə edən qlobal bir epidemiya yaddaşı qurulur.

Rəqəmsal mühitdə yaşayacaq olan “Covidoscope” kolleksiyasını www.covidoscope.org-da fərqli şəkillərdə gəzmək mümkündür: Dünya xəritəsində bir istiqamət seçə bilər və ya duyğulara və mövzulara görə tərtib edilmiş, mədəni arxa plana dair məlumatların da yer aldığı qalereyada özünüzə yollar çəkə bilərsiniz.

Eyni gözlənilməz və çətin prosesdən keçən insanların həmrəyliyinə, duyğusal təcrübələrin birləşdiriciliyinə diqqəti çəkən layihənin məsləhətçiləri arasında “İnsan duyğuları kitabı”nın yazıçısı Dr. Tiffani Uatt Smit, tarixçi, tərcüməçi, yazıçı Səadət Özən və psixiatr prof. Kamal Sayar da yer alır.

Layihə ilk fəaliyyətlərindən etibarən, Hindistandan Türkiyəyə, Meksikadan İrana  – dünyanın fərqli yerlərindəki sənətkarlarla xüsusi əlaqə qurdu. Qarşılıqlı münasibətdə olan sənətkarla bu rəqəmsal yaddaş layihəsini incəsənət yoluyla dünya miqyasında həmrəyliyə qatqı olaraq dəyərləndirir və Yunis Əmrə İnstitutuna mübət fikirlərini bildirirlər.

Türkiyənin dünyadakı mədəniyyət qurumu olan Yunis Əmrə İnstitutunun hazırladığı layihə kolleksiyasına yeni əsərlər əlavə etməyə davam edəcək və irəliləyən zamanlarda bütün dünyanın COVID-19 bədii əsərlər arxivi səviyyəsində bir quruluşa sahib olacaqdır. Layihə eyni zamanda dünyanın dörd bir tərəfində hər gün sürətlə tükədilən gözə və mənalı əsərlərin qeydiyyata alınmasını; bunların fərqli yanaşmalardan şərh edilməsiylə birlikdə bu dönəmdə fərqli coğrafiyalardakı insanların bir-birinə bənzəyən duyğusal səyahətlərinə güzgü tutulmasını təmin edir.

Tünzalə Ağayeva, Lalə Məmmədova, Zamiq Hüseynov, Murad Arif və Xəyyam Nisanov da “Covidoskop”da!

40-a yaxın ölkənin əsərlərindən ibarət kolleksiyada Azərbaycandan da əsərə yer verilib:

#Evdəqal kampaniyasında iştirak edən Trend Beynəlxalq İnformasiya Agentliyi, Azərbaycan, rus və ingilis dillərində maraqlı bir video çarx hazırlayıb. Layihə rəhbəri Sahil Kərimli, koordinator Vüqar İmanov, ideya müəllifi Fidan Mirbabayeva. Musiqinin prodüseri Tünzalə Ağayevadır. Aktyorlar Tünzalə Ağayeva, Lalə Məmmədova, Zamiq Hüseynov, Xəyyam Nisanov və Murad Arif. Musiqinin sözləri Zəhra Bədəlbəyliyə və Fariz Zeynalova, nəfəs alətləri sənətçisi Teymur Süleymanbeyliyə və layihə səs mühəndisi Emin Kərimə aiddir. Əsər kolleksiyanın “Ümid” və “Həmrəylik” qalereyalarında ziyarətçiləri salamlayır.

“Covidoscope”da əlavə olaraq pandemiya dönəmində tez-tez görülən yardımlaşma, həmrəylik və yaxşılıq hərəkətlərinə də xüsusi bir yer ayrılıb və bu istiqamətdə olan təşəbbüs və fəaliyyətlər də estetik tərənnümlər olaraq dəyərləndirilərək kolleksiyaya alınır. Bu çərçivədə Türkiyə mərkəzli Yerüzü Həkimləri Dərnəyinin pandemiya dövründəki xüsusi dəstək dəsti kompaniyası da “YAXŞILIQ” (İYİLİK) qalereyasında yer verilən fəaliyyətlər arasındadır.

Kolleksiya necə müəyyənləşdirilir?

Epidemiya dövründə artıq istehsal olunan müxtəlif sahələrdə, maraqlı bədii təşəbbüslər və estetik povestlər böyük bir tədqiqat qrupu tərəfindən seçilir və Covidoskopun rəqəmsal qalereyalarına daxil olmaq üçün ən ixtisaslı və orijinal əsərlərin xüsusi kolleksiyası yaradılır.
Seçilən məhsullar müasir sənət əsərləri ilə məhdudlaşmır, dövrün fotoşəkillərini çəkmək niyyəti ilə, karikatura və təsvirlərdən fotoşəkillərə, sənətçilər tərəfindən onlayn platformalarda verilən həmrəylik konsertlərindən tutmuş epidemiya haqqında xüsusi kompozisiya və ifalara, divar və torpaq sənətindən tutmuş animasiya filmlərinə qədər dövrü əks etdirən bütün estetik istehsal formalarını əhatə edir.
Covidoscope rəqəmsal kolleksiyası müəlliflərin könüllü razılığı ilə dünyanın müxtəlif yerlərində istehsal olunan bu estetik əsərlərin kütləvi qəbul edilmiş, görkəmli nümunələrini bir araya gətirir və epidemiyaya qarşı bu sürətli və dəyişkən emosional reaksiyaların qrafikini təqdim edir.

Kolleksiya, ayrı-ayrı sahələrdən olan tədqiqat və məsləhətçilərdən ibarət xüsusi bir qrup tərəfindən yaradılıb və dünyada 60-a yaxın mərkəzə sahib olan Yunus Emre İnstitutunun əlaqə şəbəkəsi bu işdə fəal istifadə olunur.
Epidemiya ilə başlasa da, dövrün bədii ifadələri epidemiya bitdikdən sonra da davam edəcəkdir. Covidoscope layihəsi bu istehsalı izləməyə və kolleksiyanı yeniləməyə davam edəcəkdir.

Sosial media hesablarında ingilis dilində paylaşıma davam edilən layihənin internet saytı 4 dildə yayımlanıb. Bütün dünyanın bu dönəmdəki həmrəyliyini göstərək üçün qlobal bir layihə olaraq hazırlanan “Coviodscope”un internet saytında ingilis və türk dilləriylə yanaşı ərəb və ispan dil seçimləri də mövcuddur.

Bütün dünyanın seçimiylə və xüsusi şərhləriylə davamlı olaraq inkişaf edən “Covidoscope” kolleksiyası may aynından etibarən sosial media hesablarında seçiminə dair işarələr verir. Duyğulara və duyğuların mədəni arxa planlarına işıq tutan xüsusi qurğusu və özünəməxsus dizaynı ilə ziyarətə açılan covidoscope.org internet saytı dünyanın pandemiya dönəmi duyğusal arxivi olmağı qarşısına hədəf qoymuşdur.
www.covidoscope.org saytından paylaşıma açılan bu xüsusi təcrübəni sosial media hesablarında da izləyin, Covidoscope-un yenilənməyə davam edən arxivindən xəbərdar olun.

Evdə qal, güvəndə qal, izləmədə qal: @covidoscope