Türkiyənin Diyarbəkir vilayətində yaşayan 16 yaşlı qüsurlu yeniyetmə küçənin ortasında döyülüb.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, əqli qüsuru olan Emre Oruçun lağa qoyularaq, döyüldünü görən ətrafdakılar ona kömək etmək əvəzinə, bu rəzaləti lentə almaqla məşğul olublar.
Ərazidəki satış mərkəzin satıcıları və nəzarətçiləri binanı qarşısında dayanan Emrenin üzərinə çirkli su töküblər, daha sonra isə döyməyə başlayıblar.
Yaşanan hadisə təhlükəsizlik kamerası tərəfindən anbaan lentə alınıb. Görüntüləri görən gəncin atası Ahmet Oruç şoka düşüb və bunları deyib:
“Daha əvvəl də belə bir hal yaşanıb. Nə deyəcəyimi bilmirəm. Kaş yaşanmasaydı, etməsəydilər. Qüsurlu vətəndaşlarımıza qarşı daha həssas davranmalıyıq. Bu cahillikdir, həmin şəxslər barəsində şikayət edəcəm”.
Firuzə Alimova