Əqli zəifliklə müşayiət olunan xəstəlik – Kabuki sindromu

Müasir tibbin geniş imkanlarına baxmayaraq, hələ də müalicəsi tapılmayan xəstəliklər arasında Kabuki sindromu da var.

Yenicag.az xəbər verir ki, Kabuki sindromu genetik xarakter daşıyır. 2010-cu ildə isə xəstəliyin yaranma səbəbləri təsdiq edilib.

Mütəxəssislərin fikrincə, həmin sindrom genlərin birində mutasiya səbəbi ilə əlaqədar olaraq baş verir. Kabuki sindromu yalnız xəstənin simasında təzahür etmir, bu, multisimptomatikdir və tez-tez müxtəlif pozğunluqlarla müşayiət olunur.

Belə ki, həmin xəstələrdə zehin və davranış pozğunluğu, stress anormallıqları, boy artımında ləngimələr, karlıq, dad reseptorlarının dəyişməsi və s. kimi hallara rast gəlinir.

Həmin sindromun müalicəsi üçün hələ ki, bir sistem yoxdur.

Müalicə üsulları hər bir xəstə üçün fərdi qaydada tətbiq olunur.