İctimai TV-də efirə gedən son günlər televiziya məkanında ən çox izlənən seriallardan biri olan “Əqrəb mövsümü”nün büdcəsi açıqlanıb.
Layihənin baş prodüseri Yalçın Verdiyev İqtisadiyyat.az-a bildirib ki, serialın ümumi büdcəsi 249 min 643.60 manatdır.
Bu rəqəmə həm aktyorların qonorarı, həm rekvizitlərin alınması – bir sözlə bütün xərclər daxildir.
Y.Verdiyev həmçinin onu da əlavə edib ki, layihənin heç bir sponsoru yoxdur və qeyd olunan maliyə vəsaiti İTV-nin büdcəsindən ayrılıb.