Ər arvadını bıçaqladı – Mingəçevirdə

Mingəçevir şəhərində 21 yaşlı qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti, 82/24 ünvanında yerləşən yataqxanada qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Günel Rəhman qızı İsmayılova ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb. Yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.az