Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ər arvadını güllələdi - Kürdəmirdə

Kürdəmir rayonunda güllələnmə hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında şəhərin Aşıq Şakir küçəsi, ev 9 ünvanında qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini, 44 yaşlı Şahin Məmmədbağır oğlu Kərimov ailə münaqişəsi zəminində həyat yoldaşı, 36 yaşlı Qumru Tofiq qızı Salayevanı ov tüfəngi ilə vurub. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyata alınıb. Q.Salayevanın vəziyyəti ağır olaraq qiymətləndirilir.

Ş.Kərimov könülü şəkildə polisə təslim olub.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.

www.yenicag.az

1568
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100