Bakıda bədbəxt hadisə baş verib.
Yenicag.az xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.
Belə ki, ər yaşadığı binanın həyətində idarə etdiyi avtomobillə həyat yoldaşı, 1999-cu il təvəllüdlü Tapdıqbəyli Aysel Namiq qızının üzərindən keçib.
Qadın təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldırın əzilimiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır. /Report/