!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ər yataq otağına dinləmə cihazı yerləşdiridi – ŞOK YAŞADI

!Reklam – Yazi

YENicagTürkiyədə həyat yoldaşının xəyanət etməsindən şübhələnən ər yataq otağına dinləmə cihazı yerləşdirib.

Yenicag.Az Teleqraf.com-a istinadən xəbər verir ki, 15 ildir evli olan cütlüyün boşanmasına səbəb olan hadisə 2013-cü ildə baş verib . 40 yaşlı marketinq mütəxəssisi G.K.Y. bankda işləyən 36 yaşlı xanımı S.P.Y-nin ona xəyanət etməsindən şübhələnib. O, eynək qabının içərisinə yerləşdirdiyi dinləmə cihazı ilə xəyanəti aşkarlayıb. Xanımı evinə dəvət etdiyi rəfiqəsinə məktəb yoldaşı ilə 2 il görüşdüyünü və daha sonra evli iş yoldaşı ilə əlaqəyə girdiyini deyib. Bütün danışıqlar isə dinləmə cihazı tərəfindən qeydə alınıb. G.K.Y. dərhal boşanmaq üçün məhkəməyə müraciət edib.

G.K.Y məhkəmədə sübut kimi səsə yazısını təqdim edib. Həyat yoldaşı isə “Məni dinləyib. Səsimi yazıb” deyərək şikayət edib. Ər haqqında da “İnsanların danışıqlarını icazəsiz dinləmək” ittihamı irəli sürülüb.

G.K.Y ifadəsində “ədalətin bərqərar olması üçün bunu etdiyini” deyib. Həyat yoldaşının vəkili isə “Niyə etdiyi deyil, nə etdiyi önəmlidir” söyləyərək şikayətçi olduqlarını bildirib. Məhkəmə isə G.K.Y.-nin sərbəst buraxılmasına qərar verib. Onun hərəkətlərində cinayət tərkibi aşkarlanmadığı bildirilib.

www.yenicag.az

1348
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv